Böyük Vətən müharibəsinin əvvəlində Nargin (indiki Böyük Zirə) adasında yerləşən bu mayak alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə Nargin mayakı bərpa olunub və indiyədək fəaliyyət göstərir.
Qeyd edək ki, qalanın hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir.
Xatırladaq ki, 1907-ci ilədək bu funksiyanı Qız Qalası yerinə yetirib.
"Report" mayakdan hazırladığı fotoreportajı təqdim edir.

















