Bakı. 7 aprel. REPORT.AZ/ Yəməndə ərəb dövlətləri koalisiyasının məktəbə endirdiyi aviazərbə nəticəsində 6 şagird ölüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 
"Biz üç şagirdin cəsədini çıxarmışıq, qalan cəsədlərin dağıntılar altından çıxarılması üzrə işlər davam etdirilir", - məlumatda deyilir. 
Aprelin 5-də Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəmənin qərbində əs-Səlif limanına zərbələr endirib.