İKT-nin inkişafı dilimizə yeni sözlər gətirir
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə keçirilən tədbirdə hazırkı durumdan və qarşıda duran vəzifələrdən danışıb. T.Hacıyev sözügedən dövlət proqramında rəhbərlik etdiyi instituta ayrılan vəsait hesabına yeni şöbələrin yaradıldığını söyləyib:
“İki il əvvəl sərəncam imzalanıb. Bu, çox böyük hadisədir. Bu proqramda bilavasitə bizim Dilçilik İnstitutunun adı çəkilib, maliyyə vəsaiti ayrılıb. Biz artıq Naxçıvan, Qarabağ, Dərbənd dialektoloji atlaslarını hazırlayacağıq. Bu işə maliyyə dəstəyini dövlət ayırıb. Bu proqramla eyni zamanda bizim institutda struktur dəyişikliyi oldu. Dil məsələlərinə nəzarət edən monitorinq şöbəsi yaradıldı”.
Dilçilik İnstitutunda “kompüter dilçiliyi”nin yaradıldığını önə çəkən T.Hacıyevin sözlərinə görə, qloballaşan dünyada dilin keşiyində bütöv bir cəmiyyət dayanmalıdır:
“Mənim Azərbaycan dilinin elmi üslubundan narahatlığım var. Biz ədəbi dilimizi Nəsiminin, Füzulinin dili ilə öyrənirik. Bəs, niyə elmi üslubumuza fikir vermirik? Çünki Füzulinin, Nəsiminin dövründə elmi əsərlər bir qayda olaraq ərəb və fars dillərində yazılıb. Bu gün necədir vəziyyət? Sovet vaxtında fiziklər, riyaziyyatçılar öz dissertasiyalarını rus dilində yazırdılar. Və beləliklə, sovet dövründə dəqiq elmlər üzrə bizim elmi üslubumuz təşəkkül tapmadı. Çox təəssüf ki, o proses indi də davam edir. İndi də gələcəkdə Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev səviyyəsində alim ola biləcək gənclərimiz ingilis dilində yazırlar”.
T. Hacıyev mətbuatda lazım olmayan əcnəbi sözlərin işlədildiyini də çıxışında qeyd edib:
“Kreativ”, “konsensus” kimi sözləri tənbəlcəsinə, Azərbaycan dilində qarşılıq tapmadan yazırlar. Türkiyə türkcəsində bilgisayar da, kompüter də işlədilir. Mən demirəm ki, həmin sözləri işlətməyək. İkisini də işlədək paralel şəkildə. Görək axırı necə olacaq”.
SEYMUR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51