[ 07 Aprel 2015 14:14 ]



Bakı - APA. İraqın Tikrit şəhərində 1700 nəfərin basdırıldığı ehtimal edilən 12 kütləvi məzar aşkarlanıb. Məzarlarda İraq əsgərlərinin basdırıldığı bildirilir. APA-nın “BBC News”-a istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları əsir götürdükləri hərbçiləri öldürdükdən sonra kütləvi məzarlıqlara atıblar.

 

Məzarlıq ABŞ-ın keçmiş bazası “Camp Speicher” yaxınlığında tapılıb.

 

“Bu, dəhşətli səhnə idi" – deyə, İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid əl-Atbi bildirib. Onun sözlərinə görə, DNT analizinin köməyi ilə qətlə yetirilən hərbçilərin şəxsiyyəti müəyyənləşdiriləcək.