Ötən gün yeni mövsümün ilk günü efirə çıxan azərbaycanlı gözəl Azerbaycanda "Best Model" yarışının iştirakçısı və qalibi olub.
Hazırda Türkiyədə yaşayır. Kompüter mühəndisliyi üzrə təhsil alır. Bər-bəzəkli geyinməyi sevdiyini deyən Sima türk dilində sərbəst danışır. O, 6 dil bildiyini də iddia edib.
Xatırladaq ki, yarışmada 13 qız seçilir və tərzləri ilə yarışırlar. Qızlar 3 tanınmış simadan ibarət müsiflər heyətinin qarşısına çıxaraq qiymət almağa çalışırlar. Hər həftə bir iştirakçı şounu tərk edir. Qalibə 100 min lira mükafat verilir.
Video görüntülərdə göy güyimdə olan S.Şərafətinova iştirakçı barədə rəy bildirir.





Mənbə
ANS PRESS