Azərbaycanda övladlığa götürülən uşaqları sayı azalıb (VİDEO)
ANS TV-nin məlumatına görə, Azərbaycanda övladlığa götürülən uşaqların sayında azalma müşahidə edilir. Ötən il övladlığa verilən uşaqların ümumi statistikası açıqlanmasa da, Təhsil Nazirliyi 2014-cü ilin ilk yarım ilində 8-18 yaşarası, cəmi 5 uşağı övladlığa verməsilə bağlı məlumat verib. Ekspertlər bu tendensiyanı uşaqların övladlığa verilmə prosesinin uzun zaman və xərc tələb etməsilə əlaqələndirirlər.
“Bir çox hallarda övladlığa uşaq götürmək istəyən valideynlər prosedurlarla tanış olmurlar. Bəzən aylarla çəkən prosedurlar onları sanki yorur. Bir çox hallarda valideynlər, hətta bildirirlər ki, biz artıq uşaq götürmək istəmirik. Çünki, proses o qədər uzanır, o qədər onlar get-gələ salınır ki, valideynlər bir növ prosesdən uzaqlaşırlar”, – deyə ekspert Nazir Quliyev bildirdi.
Valideynlərin prosesdən uzaqlaşması isə dövlətə heç də xeyir gətirmir. Çünki, hər bir uşağın dövlət uşaq müəssisəsində qalması ölkəyə müəyyən maddi xərclər hesabına başa gəlir. Uşaqların ailə mühitindən kənarda böyüməsi isə həm də beynəlxalq konvensiya ilə müəyyən edilən uşaq hüquqlarının pozulmasına gətirib çıxarır.
Bunun qarşısını almaq üçün prezident İlham Əliyevin sərəncamı və bu sərəncamdan irəli gələn 2006-2015-ci illəri əhatə edən dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı da var.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın sözlərinə görə, övladlığa verilmə zamanı valideynlərin rastlaşdığı problemlər tələb olunan sənədlərin çoxluğu ilə deyil, prosesin vahid bir qurum tərəfindən tənzimlənməməsilə bağlıdır:
“Əgər belə bir hal baş verərsə, o zaman proseslər daha dinamik, daha çevik bir şəkildə həyata keçirilər. Nəticədə vətəndaşların da narazılıqları qismən aradan qalxar. Yəni artıq bilərlər ki, proses bir qurum tərəfindən həyata keçirilir. Müraciət edəcəkləri qurumun sayının az olması onların ümumi işinə təkan verəcək”.
Uşaqların övladlığa verilməsinin vahid bir qurum tərəfindən həyata keçirilməsi təcrübəsindən bir çox inkişaf etmiş dünya ölkələri istifadə edir.
Məsələn, qonşu Türkiyədə uşaqların övladlığa verilməsi yalnız bir qurum Ailə və Sosial Siyasət Nazirliyi tərəfindən həyata keçirilir. Övlad götürmək istəyən ailənin müraciətilə nazirlik araşdırmaya başlayır. Valideynlər haqqında lazımi orqanlara sorğular göndərilir, xəstəlik, məhkumluq və s. bu kimi neqativ hallar olmadıqda uşaq ailəyə verilir.
Mənbə
ANS TV: Ayşəm Rüstəmova
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51