[ 06 Aprel 2015 12:01 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərindən narkotik vasitə aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı M. Əzizovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan heroin tapılıb.