Ötən gün Azərbaycan ərazisində zəlzələ baş verib.

ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 13.35-də meydana gəlib.

Yeraltı təkanlar Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 3 bal gücündə olan zəlzələ 25 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda martın 30-da Şamaxı rayonunda zəlzələ baş vermişdi.
Mənbə
ANS PRESS