Milli.Az 4charx.com-a istinadən bildirir ki, Malibu indi daha böyük və geniş olub. Buna baxmayaraq onun çəkisi əvvəlki nəslə nisbətən 136 kq azalıb.
Sedan baza versiyasında 160 at gücündən çox (250 Nm) hasil edən 1,5 litrlik yeni Ecotec mühərriki, “start/stop” sistemi və 6-pilləli avtomat ötürücü qutu ilə təchiz edilib. Daha “qaynar” variant istəyənlərə isə avtomobil 253 at güclü (350 Nm) mühərriklə təklif ediləcək. müasir dövrə uyğunlaşmaq istəyənlərə isə 190 at güclü hibrid qurğu təklif ediləcək.
Milli.Az







