Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.

Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, "Həzi Aslanov" metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Şahidlər dəhşətli hadisənin təxminən 15-20 dəqiqə əvvəl olduğunu deyirlər.

Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.

Qadının nə səbəbdən intihar etdiyi bilinmir.

Milli.Az