Tanınmış azərbaycanlı bəstəkar və iş adamı Emil Şahin "Yaralı ürək" mahnısını üzə çıxarıb. Müğənni Elnur Məmmədovun ifasında təqdim olunan mahnının söz yazarı şairə Leylidir.

ANS PRESS-ə açıqlama verən Emil Şahin, qısa fasilədən sonra dinləyicilərinin ürəyindən xəbər verən mahnısı barəsində bunları söylədi: "Bu mahnı 2009-cu ildə yazılsa da Elnur "Yaralı ürəyi" bu yaxınlarda səsyazma studiyasında lentə aldırdı. Əminəm ki, "Söylə neyləsin ürək", "Sel olub, yağmur tək" mahnılarımızdan sonra bu əsər də Elnurun repertuarında özünəməxsus yer tutacaq. Aranjiman prosesindən tutmuş ifaya qədər olan bütün incəliklərə özüm nəzarət etmişəm".


Bəstəkar yeni mahnısının bir günün içində partlayış yaratdığını deyir: "Bir neçə vaxt oldu ki, yaradıcılığıma fasilə verərək şou-biznesdə baş verən hadisələri kənardan seyr edirdim. Çox müğənnilər mahnı oxusalar da bu o demək deyildi ki, həmin bəstələr hitdir. İndi hər mahnı yazan öz musiqisini tərifləyir. Amma mənim bütün əsərimin dinləyiciyə təqdim olunanda ajiotaja, olaya səbəb olur. Srağagün Elnur ən baxımlı verilişlərin qonağı olub "Yaralı ürək" mahnısını oxuyanda tamaşaçılar onu ayaqüstə alqışladılar. Çəkdiyimiz zəhmətə doğru qiymət verilməsi sözlərlə izah olunmayacaq xoşbəxtlikdir. Bunu heç bir maddiyyatla əldə etmək olmaz".

Oxucularımız təqdim etdiyimiz linkə daxil olub "Yaralı ürək" mahnısını dinləyə bilərlər.
Mənbə
ANS PRESS