Keniyanın Qaris şəhərində terrorçuların kollecə hücum edərək 150-yə yaxın tələbəni öldürməsi ilə əlaqədar 3 günlük matəm başlayıb.

ANS PRESS-in məlumatına görə, Nayrobi cəsədxanasında ölənlərin yaxınları 54 meyiti tanıyıblar. Bu barədə ВВС Qırmızı xaç təşkilatı xəbər verir.

Bundan əvvəl xəbər verilmişdi ki, terror aktı ilə əlaqədar 5 nəfər həbs edilib.

Qeyd edək ki, “Əş-Şəbab” qruplaşmasının Keniyanın Qaris şəhərində kollecə hücumu zamanı 147 nəfər həlak olub, 79 tələbə isə yaralanıb.
Mənbə
ANS PRESS