Milli.Az noxudlu oladilərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:


200 q noxud
1 soğan
1 yumurta
1,5 st. un
1 x.q. xama
qara istiot
duz

Noxudu yuyun, 4-5 saat suda saxlayın, sonra yumşalıncayadək bişirin.

Ocaqdan götürüb soyudun. Blenderlə xırdalayın.

Baş soğanı xırda doğrayıb, bitki yağında qızılı rəng alanadək qovurun.

Noxuda soğanı, yumurta, xama, un, duz və istiot əlavə edib qarışdırın.

Bu xəmirdən xörək qaşığıyla götürüb qızdırılmış bitki yağına salın, hər iki üzünü qızardın.

Salfetin üstünə düzüb yağını çəkməsini gözləyin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az