Türkiyənin tanınmış müğənnisi Kayahanın ölümündən sonra bir çox məşhur sənətçilər başsağlıqlarını çatdırıblar.

ANS PRESS-in məlumatına görə, bəzi müğənnilər böyük sənətçinin ölümü ilə əlaqədar keçirəcəkləri konserti ləğv ediblər.

Sənətçinin yaxın dostu Nilüfer Kayahanın ölümü ilə əlaqədar əvvəlcədən planlaşdırdığı konserti təxirə salıb. O, İnstagram səhifəsində qara manşet paylaşıb. O, Manisada keçirəcəyi konsertin təxirə salınması ilə əlaqədar pərəstişkarlarından üzr istəyib: “Məni bağışla Manisa, bacarmıram. Canım çox yanır. İnşallah yaxın vaxtlarda birgə olarıq. Allaha əmanət olun”.

Tanınmış müğənni İbrahim Tatlıses də Kayahanın dünyasını dəyişməsinə üzüldüyünü bildirib. O, İnstagram səhifəsində üzüntüsünü belə ifadə edib: “Məkanın cənnət olsun böyük usta”.

İrem Derici də bu itkiyə sarsıldığını bildirib: “Çox üzüldüm. Böyük ustad Kayahan, yerin heç vaxt dolmayacaq. Rahat uyu”.

Müğənni, bəstəkar və şair kimi tanınan Suat Suna bu itkini heç vaxt unutmayacağını bildirib. “Bu gün qara gündür. Mən mənəvi atamı itirmişəm, Türkiyə də böyük səətkarını. Nur içində yat, sən heç vaxt unudulmayacaqsan”.

Tanınmış müğənni Demet Akalın da həmkarının ölümünə üzüldüyünü bildirib: “Gülə-gülə gözəl kəlmələrin sahibi. Nur içində yat Kayahan”.

Tanınmış müğənni Serdar Ortaç da böyük sənətçinin ölümünə təəssüfləndiyini bildirib.
“Böyük sənətkara Allahdan rəhmət və yaxınlarına baş sağlığı verirəm”, - deyə Serdar Ortaç bildirib.

Özcan Deniz də tanınmış müğənninin ölümündən kədərləndiyini bildirib. O, Allahdan Kayahana rəhmət diləyib.

Qeyd edək ki, Kayahanın ölümünə üzüntülərini bildirən müğənnilərin sayı getikcə artıb. Onlrın bəziləri tanınmış sənətçilə birlikdə çəkdirdikləri fotolarını da paylaşıblar.













Mənbə
ANS PRESS