[ 04 Aprel 2015 15:50 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlıdır. Amma Heydər Əliyev Mərkəzindən Böyükşora gəlmək mümkündür”.
Bunu “APA-Econmics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.
”Hal-hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək, ümumiyyətlə təmirlə yanaşı geniş abadlıq işləri də aparılacaq”, - deyə P. Mürsəliyev bildirib.
Qurum rəsmisi onu da əlavə edib ki, qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq.