Bakı, 4 aprel, Nihat Budaqov, AZƏRTAC
2017-ci ildə neftin qiyməti 80-90 dollar səviyyəsinə qalxacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib. SOCAR-ın prezidenti bildirib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi normal prosesdir və minimal hədd nəzərə alınıb. Bu bir növü ehtiyat üçündür.
R.Abdullayev qeyd edib ki, tendensiyaya nəzər salanda neftin qiymətinin bir neçə il aralıqla həm bahalaşdığını, həm də ucuzlaşdığını görmək olar. Bu proses son 20 illik diaqramda da öz əksini tapıb.