Bərdə, 4 aprel, AZƏRTAC
Bərdə rayonunda yaz-tarla işləri geniş vüsət alıb.
Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, torpaq mülkiyyətçiləri qısa müddətdə 5475 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 3651 hektarı yonca, 1533 hektarı tərəvəz, 155 hektarı kartof, 131 hektarı emal üçün şəkər çuğunduru, 5 hektarı isə dən üçün qarğıdalıdır. Bu ilin yazlıq əkin sahələri keçən ilin müvafiq dövrünə nisbətən 108 hektar və ya 2 faiz çoxdur. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir.
Rayonda ötən ilin payızında səpilmiş 11 min 979 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Sahələrə gübrə verilir, alaq otlarına qarşı herbisid çilənir.