Ağstafa, 4 aprel, AZƏRTAC
Ağstafa rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 8 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.