Bakı, 4 aprel, Əsəd Məmmədov, AZƏRTAC
İzmir-Dənizli marşrutu ilə hərəkət edən sərnişin qatarının bəzi vaqonları relsdən çıxıb, vaqonlardan biri isə aşıb. Hadisə İzmirin Pancar qəsəbəsi yaxınlığında baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində ölən və yaralanan yoxdur. Sərnişinlərin mənzil başına çatdırılması üçün xüsusi avtobuslar ayrılıb.