Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində naməlum kişi özünə qəsd edib.

ANS PRESS-in məlumatına görə, həmin şəxs özünü 23-cü mərtəbədən ataraq intihar edib.

Özünü aşağı atmazdan əvvəl o özünü yandırıb. Aldığı zədələrdən o hadisə yerində keçinib.

Moskva polisi küçədə naməlum kişi cəsədinin aşkar edilməsi faktını təsdiq edib.

Hazırda hadisə yerində müstəntiqlər işləyir. Həmin şəxsin hansı səbəblərdən intihar etdiyi hələ məlum deyil.

Mənbə
ANS PRESS