Misirdə Qarabağ mövzusunda doktorluq dissertasiyası müdafiə olunub
Bakı, 3 aprel, AZƏRTAC
Misirin Qahirə şəhərindəki Eyn Şəms Universitetində “Müstəqillik dövrü Azərbaycan hekayələrində Qarabağ probleminin təcəssümü (1991-2010)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub.
Bakıdakı Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, universitetin Türk dili və ədəbiyyatı bölməsinin doktorantı Ayişə Əbdülvahidin müdafiəyə təqdim etdiyi dissertasiya işində müstəqillik dövründə Dağlıq Qarabağ probleminə həsr olunan 50-dən artıq hekayə tədqiqata cəlb edilib. Bunların içərisində Qılman İlkin, Elçin Əfəndiyev, Nüşabə Məmmədli, Ağarəhim Rəhimov, Aydın Tağıyev, Vaqif Sultanlı, Elçin Hüseynbəyli, Əlabbas, Aygün Həsənoğlu, Kamil Əfsəroğlu, Mahirə Abdulla, Eyvaz Zeynalov, Kamran Nəzirli, Sevinc Nuruqızı və başqalarının hekayələri xüsusi yer tutur.
İki hissə və altı fəsildən, 300 səhifədən ibarət dissertasiyada Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadi və kulturoloji konteksdə canlandırılıb, bəhs olunan dövrdə bu mövzuya həsr edilmiş hekayələr ideya-məzmun, problematika və bədii sənətkarlıq baxımından araşdırılıb. Doktorantın elmi rəhbərləri Eyn Şəms Universitetinin professoru Azza İssavi və doktor Əhməd Sami əl-Aydidir.
Tədqiqat işi Misirdə Qarabağ probleminə həsr olunan ilk dissertasiya kimi diqqəti çəkir. Qeyd edək ki, doktorant 2011-ci ildə Azərbaycanda yaradıcılıq ezamiyyətində olub, müxtəlif kitabxanalarda çalışıb, tədqiqata cəlb etdiyi mövzu ilə bağlı elmi-nəzəri və bədii material toplayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51