Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Universiteti Biznes Məktəbinin tərkibində fəaliyyət göstərən Gənc İqtisadçılar Klubunun təşəbbüsü və təşkilatçılığı ilə bu ali məktəbin ikinci tədris binasında “Karyera günü" keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Karyerada ilk addım” devizi ilə reallaşdırılacaq tədbirdə müxtəlif profilli şirkət və müəssisələr öz vakansiyalarını təklif edəcəklər. Bütün işəgötürən və işaxtaranlar "Karyera günü”nə dəvətlidir.