AMEA-nın Aqrar Elmlər Bölməsinin növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsi aparılıb
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bölmənin büro üzvlərinin iştirak etdikləri iclası AEB-in akademik-katibi, akademik Qərib Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə ingilis dilində nəşr olunacaq “Azərbaycanda aqrar sektorun uğurlu inkişafının əsasları” və “Azərbaycanda müasir ekoetika” kitablarının müzakirəsi aparılıb.
Sonra AMEA rəyasət heyətinin innovasiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Qəbələ rayonunda keçirilməsi planlaşdırılan “Tarla günləri” açıq hava sərgisi barədə ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi aprelin 4-dən oktyabrın 10-dək Qəbələ rayonunun Göyçaykənd ərazisində “Tarla günləri” açıq hava sərgisi keçirəcək. Qeyd edilib ki, on hektar ərazidə təşkil ediləcək müsabiqə xarakterli “Tarla günləri”ndə kənd təsərrüfatı bitkilərinin əkini, yeni texnologiyaların tətbiqi nümayiş olunacaq. V.Babayev əkin sxemini hazırladığını və tezliklə təqdim edəcəyini də söyləyib.
İclasda, həmçinin 2014-cü ildə bölmə institutlarında elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan namizədlərin mövzuları da təsdiqlənib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51