Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırovla görüşüblər.
S.Bağırov Milli Şuranın aprelin 5-də saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.
Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.
Mitinq təşkilatçıları da hər şeyin razılaşdırıldığı kimi olacağını qeyd ediblər.