Bakıda milyon yarımlıq yeyinti
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılmış istintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu “Sahil D Kompani” MMC-ni 2007-ci ildə alqı-satqı müqaviləsilə başqa şəxslərə satması barədə məlumat daxil olub. Bununla da, o, müəssisəsinin iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquqları, vəzifələri və öhdəlikləri itirmiş hesab edilməsinə, həmçinin müəssisədə ona məxsus səlahiyyətlərin, eləcə də əmlak üzərində sərəncam vermək və bütün mülkiyyət hüquqlarının alıcılara keçməsinə baxmayaraq, özünü qanunsuz olaraq həmin cəmiyyətin səlahiyyətli şəxsi - direktoru kimi təqdim edib.
O, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb. Aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhəli bilinib. Şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.
İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.
Cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10