BMT-nin Baş katibi İranın nüvə probleminə dair danışıqların iştirakçılarını təbrik edib
Bakı, 3 aprel, AZƏRTAC
BMT-nin Baş katibi Pan Gi Mun İranın nüvə proqramı üzrə danışıqların iştirakçılarını növbəti mərhələnin uğurla başa çatması münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu mərhələ “tarixi” birgə fəaliyyət planının işlənib hazırlanmasına yol açır.
AZƏRTAC bu xəbəri BMT Xəbərlər Mərkəzinə istinadla verir.
Qeyd edək ki, bu yaxınlarda Lozannada ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Rusiyanın, Çinin xarici işlər nazirləri və İranın xarici siyasət idarəsinin başçısı gələcək saziş üzrə ilkin siyasi çərçivə razılaşması əldə ediblər. Ölkələr sənədi iyunun 30-dək qəbul etməyə ümid bəsləyirlər. Müqavilə nüvə silahı istehsalında İranın imkanlarının ciddi məhdudlaşdırılması əvəzində İslam Respublikasından beynəlxalq sanksiyaların götürülməsini nəzərdə tutur.
BMT baş katibinin bəyanatında deyilir: “Sənəd İranın ehtiyaclarına və onun hüquqlarına hörməti təmin edəcək, eyni zamanda, nüvə fəaliyyətinin son dərəcə sülh xarakteri daşıyacağı barədə beynəlxalq ictimaiyyətə təminat verəcək”.
Pan Gi Mun vurğulayıb ki, bu məsələyə dair əhatəli saziş regionda sülh işinə və sabitliyə kömək edəcək, habelə ölkələrin təhlükəsizlik sahəsində ən vacib problemlərin həlli istiqamətində əməkdaşlıq qurmasına imkan verəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10