Gənc Avropa Federalistləri (JEF) şəbəkəsinin federal komitəsinin görüşündə Azərbaycan təmsil olunub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Gənc Avropa Federalistləri (JEF) şəbəkəsinin Azərbaycan nümayəndəliyinin sədr müavini Nərgiz Xələf JEF federal komitəsinin İsveçin Upsala şəhərində keçirilən görüşündə iştirak edib.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqı ölkələrindən və Türkiyədən nümayəndələrin iştirak etdikləri tədbirin birinci günündə Avropa Parlamentində müzakirəyə çıxarılan gənclər siyasətinə dair “Strateji dialoq” proqramının təqdimatında səmərəli təkliflərinə və diskussiyalarda fəal iştirakına görə JEF Azərbaycan nümayəndəliyinin rolu xüsusi qeyd olunub. Vurğulanıb ki, gənclərin fəallığının artırılmasını nəzərdə tutan proqram üzrə Lüksemburqda Avropa İttifaqına daxil olan ölkələrin aidiyyəti nazirləri tərəfindən müzakirələr aparılacaq.
Federal komitənin görüşündə AGAT JEF-in Azərbaycan nümayəndəliyi ilə Almaniya və Fransa üzrə müvafiq qurumlar tərəfindən birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu ilin mayında Berlində keçiriləcək tədbirdə layihə ətraflı müzakirə ediləcək.
JEF 1950-ci ildə yaradılıb və hazırda 35 ölkə şəbəkəyə üzvdür. Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. İldə iki dəfə keçirilən federal komitənin görüşlərinin məqsədi Avropada mövcud problemləri müzakirəyə çıxararaq onun həlli yollarını axtarıb tapmaqdır. JEF tərəfindən aparılan müzakirələrin nəticələri Avropa Parlamentinə təqdim olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56