Prezident sarayı ələ keçirildi
ANS PRESS-in məlumatına görə, “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları aprelin 2-də Yəmənin Ədən şəhərindəki “Əl-Maaşiq” prezident sarayına hücum ediblər.
Ordu hissələrinin dəstəklədiyi üsyançılar prezident sarayını yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsinə qarşı apardıqları ağır döyüşlərdən sonra ələ keçirməyə nail olublar. Hazırda respublikanın cənub paytaxtının bəzi rayonlarında küçə döyüşləri gedir.
Sky News Arabia telekanalı bu gün Ədən şəhərində baş verən döyüşlər zamanı aralarında 20 husi döyüşçüsünün də olduğu ən azı 44 nəfərin öldüyünü bildirir.
Bir qədər əvvəl üsyançılar Rusiyanın Ədən şəhərindəki baş konsulluğuna soxularaq onu qarət ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın Yəməndə şiə üsyançılarına qarşı apardığı “Qətiyyət tufanı” əməliyyatı martın 26-na keçən gecə başlayıb. Koalisiya hələlik hava zərbələri ilə kifayətlənsə də, yaxın zamanlarda yerüstü əməliyyatların keçirilməsi gözlənilir. Ər-Riyad müdaxilənin məqsədinin Yəməndə qanuni prezidentin hakimiyyətinin bərpa olunmasına yönəldiyini qeyd edir.
Lakin ərəb koalisiyasının intensiv hava zərbələrinə baxmayaraq, üsyançılar nəinki tutduğu mövqelərdən çəkilmir, eyni zamanda ölkənin bəzi bölgələrində hücum əməliyyatları aparırlar.
Son məlumata görə, husilər bu gün Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən postuna hücum ediblər. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Dünən isə krallığın Daxili İşlər Nazirliyi sərhəd zolağındakı toqquşmalarda yaralanmış bir hərbçinin öldüyünü açıqlayıb. Bu, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən ötən müddətdə verdiyi ilk itkidir. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51