Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Səbail rayon MKS-in Mərkəzi Kitabxanasında 2 aprel − Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunuş sərgi- söhbət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqların diqqətini ədəbiyyata, kitab mədəniyyətinə, tariximizə yönəltmək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və maarifləndirməkdən ibarətdir. Vaxtilə böyük şair Səməd Vurğunun söylədiyi: “Balalarımız üçün gözəl əsərlər yaradaq” sözlərinə həsr olunmuş sərgidə Azərbaycan və dünya yazıçılarının latın qrafikası ilə dərc edilmiş kitabları nümayiş olunub.