Gürcü alimlər dünya ictimaiyyətini azərbaycanlıların soyqırımını tanımağa çağırıb
"Report" un Disporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfransda konqresin rəhbəri Əli Babayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Samir Ağayev, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, professor Aleksandr Rusetskiy, professor Tamar Kiknadze, politoloq Vladimir Tsxvediani, Qafqaz Beynəlxalq Universitetinin müəllim və tələbələri, ictimai təşkilatların təmsilçiləri iştirak edib.
Konfransda çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev bildirib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinin unudulması yeni, daha faciəli və kütləvi qətllərin həyata keçirilməsinə gətirib çıxarır. Konfransda əsas diqqət separatçılıqdan əziyyət çəkən Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq məsələlərinə yönəldilib. Bildirilib ki, etnik təmizlənmə nəticəsində Azərbaycan bir milyon, Gürcüstanda isə yarım milyon insanın doğma torpağından qovularaq qaçqın düşüb.
Professor Aleksandr Rusetskiy demokratik prinsiplərin və milli mənsubiyyətindən asılı olmayaraq insanların hüquqlarının qorunmasının vacib olduğunu vurğulayıb. Onun fikrincə, demokratik və sülh şəraitində yaşama prinsiplərinin dəstəklənməsi Azərbaycanla Gürcüstanın iyirminci yüzillikdə qarşılaşdığı faciələrin yenidən təkrarlanmasının qarşısını ala bilər.
Professor Quram Maxuliya isə öz çıxışında erməni millətçiliyinin aqressiv təbiətini, erməni təxribatçılarının cəlladlığını göstərən tarixi faktların öyrənilməsinin vacibliyini vurğulayıb: “Daşnaksutyun” partiyasının erməni millətçiləri “Böyük Ermənistan” planlarını gerçəkləşdirmək naminə Türkiyədə və Azərbaycanda kütləvi qırğınlar həyata keçiriblər”. Quram Marxuliyanın sözlərinə görə, Türkiyə torpaqlarında monoetnik erməni dövlətinin yaradılması uğursuzluqla nəticələndikdən sonra erməni millətçiləri öz dövlətlərini qurmaq üçün 1918-ci ildə Azərbaycan torpaqlarında yerli əhalini kütləvi şəkildə qətlə yetirməyə başladılar. 2007-ci ildə Qubada aşkar edilən soyqırımı qurbanlarının kütləvi məzarlığı da erməni silahlılarının dinc azərbaycanlılara qarşı törətdiyi qırğınların miqyasını göstərir. Burada uşaqların başları əzilərək qəddarlıqla qətlə yetirilməsi isə erməni vəhşiliyin bir daha sübut edir.
Konfransın yekununda iyirminci yüzillikdə azərbaycanlıların soyqırımının tanınması üçün dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə qeyd olunur ki, azərbaycanlıların 1905-1906-cı illərdə İrəvan quberniyasında, Zəngəzurda, 1918-ci ildə Bakı, Şamaxı və Qubada, 1992-ci ildə Xocalıda kütləvi şəkildə öldürülməsinə göz yumulması, cinayərkarların cəzasız qalması insanlığa qarşı yeni cinayətlərə yol açır: "Bu gün biz Ukrayna, Suriya, İrak və Yəməndə dinc əhalinin kütləvi qətllərinin şahidi oluruq. Beynəlxalq ictimaiyyət XX əsrdə azərbaycanlıların soyqırımına obyektiv qiymət verməli və belə cinayətlərin bir daha təkrarlanmaması üçün təşkilatçılar məsuliyyətə cəlb edilməlidir”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56