YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Zərdab, 2 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən konfransda dövlət himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının qurucusu, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açıb.
Sonra YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Əliyev hesabat məruzəsi ilə çıxış edib. Ötən müddətdə görülən işlər barədə məlumat verən R.Əliyev bildirib ki, hazırda birliyin üzvlərinin sayı 1747 nəfərdir. Onlardan 538 nəfəri ali, 275 nəfəri orta ixtisas təhsillidir. Üzvlərin 701 nəfəri qadınlardır: “Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi, əldə olunan nailiyyətlər Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürüdür. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı bu gün hər birimizdən Azərbaycanın xoşbəxt gələcəyi üçün var qüvvə ilə çalışmağı tələb edir”.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, YAP Zərdab rayon təşkilatının idarə heyətinin üzvü, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış ediblər.
İştirakçılar adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Sonda partiya sıralarına qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04