Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
ANS PRESS-in Gürcüstan müxbirinin verdiyi məlumatına görə, bu barədə Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanlı nazir bildirib ki, erməni ordusu daim təşviş içindədir. Çünki Ermənistan ordusu Azərbaycan hərbçilərinin qarşısında duruş gətirə bilmir və böyük itkilər verir.
“Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir və üstünlüklüyə malikdir. Biz müxtəlif vasitələrlə Ermənistan ordusunda gedən prosesləri izləyir, nəzarət edirdik. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində o qədər güclüdür ki, Ermənistan bunu tam dərk edir. Onların son vaxtlar keçirdiyi uğursuz əməliyyatlar bunun göstəricisidir. Son vaxtlar Ermənistan ordusu tez-tez itkilər verir və cəbhədə olan bu uğursuzluqlar onların daxili siyasətinə də təsir göstərir”.
Azərbaycanın müdafiə nazri bildirib ki, bu ilin əvvəlindən ermənilərin 30-dan çox hərbçisini itirib. Zakir Həsənov əlavə edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib.
“Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canlarını veriblər. Ermənistan hərbçiləri isə təcavüzkardır və Azərbaycan işğal olunmuş torpaqlarında xidmət edirlər. Sadə erməni xalqı da bunu bilir. Ermənistan xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar birbaşa Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında cəbhədə olan proseslərin, o cümlədən itkilərin gizlədilməsinə etiraz edirlər. Bu onu göstərir ki, artıq düşmən ordusu Azərbaycan ordusu qarşısında dura bilmir”, - deyə Zakir Həsənov vurğulayıb. Mənbə
ANS PRESS: Nəriman Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56