Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa ilə rejissor həyat yoldaşı Pol Anderson qızlarına Daşiel İden adını qoyublar. Bu barədə Milla İnstaqram səhifəsində yazıb:
“Biz fəxrlə ikinci qızımız Daşiel İden Yovoviç-Andersonun doğulduğunu elan edirik. Onun çəkisi 3 kiloqram 300 qram, boyu 50 santimetrdir. Biz səni sevirik, Daşiel!”.
Qeyd edək ki, Milla Yovoviçlə Pol Anderson 2009-cu ildə ailə qurublar. Cütlüyün Eva Qabo Anderson adlı 5 yaşlı qızı da var.