Bakıda “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib
Konfransı açıq elan edən BSU-nun rektoru, professor Asif Hacıyev iştirakçıları salamalayaraq konfransın işində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasına Azərbaycanın böyük töhfə verdiyini qeyd edən Ərəstun Mehdiyev bildirib ki, bu müharibə xalqımızın qəhrəmanlıq, igidlik salnaməsidir: “Müəyyən dövr ərzində bu tarixi hadisəyə fərqli yanaşılsa da, Ümummili Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu tarixi hadisəyə obyektiv münasibət ortaya qoyuldu. Hazırda ölkə başçısı cənab İlham Əliyev də tez-tez müharibə veteranları ilə görüşür və onların problemləri ilə maraqlanır”.
Böyük Vətən Müharibəsinin iştirakçısı Aleksandr Qritçenko çıxışında müharibə zamanı arxa cəbhədə vuruşan zəhmətkeş xalqların əziyyətini qeyd edərək, qələbənin qazanılmasında Azərbaycanın rolundan danışıb.
İki bölmədən ibarət olan iclasın işini davam etdirən konfransın “Müharibə haqqında xatirələr” (“Müharibə xatirələri”) bölməsinə moderatorluğu Qərb Universitetinin professoru Fikrət Sadıqov və Lyudmila Kozlova, “KİV-də İkinci Dünya müharibəsinin obrazı” bölməsinə isə Sever-Yuq Siyasi Mərkəzinin icraçı direktoru, Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin baş müəllimi Yulya Yakuşeva və “Novosti Azerbaydjana” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə ediblər. Konfransda “Böyük Vətən Müharibəsində qələbə - ümumi dəyərimiz”, “Böyük Vətən Müharibəsi və insan taleləri”, “1941-1945-ci il Böyük Vətən Müharibəsi qəhrəmanları”, “Faşizmlə mübarizədə Azərbaycan neftinin rolu” və sairə tarixi aktual mövzularda məruzələr səsləndirilib, müasir gənclərin siyasi tərbiyəsinin vacibliyi, habelə bütün Sovet İttifaqı xalqlarının qələbədə xüsusi rolu olduğu vurğulanıb.
Çıxış edən digər tərbir iştirakçıları da Böyük Vətən Müharibəsini SSRİ xalqlarının böyük qələbəsi olduğunu vurğulayaraq bildiriblər ki, bu qəhrəmanlıq tarixini gənc nəslin daim diqqətinə çatdırmaq lazımdır.
Konfrans BSU nəzdində fəaliyyət göstərən Moskva tədris və mədəniyyət Mərkəzində təşkil edilmiş konsert proqramı ilə başa çatıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56