Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsiri bilinən Səbail İcra Hakimiyyətinin başçısının oğlu İlham Ələsgərlinin cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-a daxil olanda məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 8-ə təyin edilib.  İcra başçının oğlu barəsində həbs qəti imkan tədbiri seçilməyib. 

 

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış.

 

Hadisə nəticəsində hər iki sürücü yaralanıb.

 

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.