Azərbaycan Dövlət Neft Fondu Çin iqtisadiyyatına sərmayə yatırmağa hazırlaşır
"Report"un analitik qrupunun apardığı araşdırmaya əsasən, hazırda Çinin 10 illik tədavül müddəti olan dövlət qiymətli kağızlarının gəlirliyi illik 1,4%, 30 illik kağızlar üzrə isə 2,2% təşkil edir.
Çin 1994-cü ildə yuanın ABŞ dollarına qarşı məzənnəsini 8,28 CNY/USD səviyyəsində müəyyənləşdirib. Ölkəyə daxil olan valyuta kütləsinin təsiri və ABŞ dollarının zəifləməyə başlamasıyla yuan 2006-cı ildən dollara qarşı güclənməyə başlayıb və 2014-cü ildə maksimal həddə (6,00 CNY/USD) çatıb. Bundan sonra isə əks istiqamətdə hərəkət başlayıb və hazırda Çində dolların məzənnəsi 6,25 yuanadək artıb. Son dövrlərdə yuanın zəifləməsini analitiklər bir çox ölkədə baş verən milli valyutanın devalvasiyası nəticəsində Çin ixracının azalmasında görürlər. Bununla əlaqədar Çin də yuanı devalvasiya etməklə dünya bazarında öz rəqabət qabiliyyətliliyini və iqtisadiyyatını qorumaq niyyətindədir.
Belə ki, Çin Xalq Bankı (ÇXB) bu ilin fevralın 5-də monetar siyasətini yumşaldaraq məcburi ehtiyat normasını 50 bənd azaldaraq 19,50%-ə endirib. Bir qədər öncə isə ÇXB illik kredit faizlərini 40 bənd azaldaraq 5,6%-ə, illik depozitlər üzrə faiz dərəcəsini isə 25 bənd azaldaraq 2,75%-ə endirib. Bəzi hesablamalara görə, mərkəzi bankın bu qərarı iqtisadiyyata əlavə 600 mlrd. yuanın daxil olmasına səbəb olacaq. İqtisadçılar yumşalma qərarını ilin sonuna gözləsələr də, hökumət dünya bazarındakı vəziyyətin ciddiliyini nəzərə alaraq daha erkən addım atıb və yerli şirkətləri baş verə biləcək problemlərdən sığortalamağa çalışır.
İstehsalçı qiymətləri indeksinin (PMİ) 6 aylıq minimuma enməsi və inflyasiyanın hədəfdən (3,5%) həddindən çox aşağı (2014-cü ildə inflyasiya 2% təşkil edib) olması ÇXB-dən uçot dərəcəsinin endirilməsi qərarının gəlməsini artıq zəruri edib.
Qeyd edək ki, Çinin qonşuları arasında Yaponiya, Hindistan və Sinqapur artıq devalvasiya ilə bağlı qərar qəbul edib. Yaponiya yeni Çin yuanına nəzərən 2 dəfə ucuzlaşıb, Hindistan Mərkəzi Bankı uçot dərəcəsini 25 bənd azaldaraq 7,75%-ə salıb. Məhz bu səbəblərdən Davos forumunda çıxış edən "Goldman Sachs"ın rəhbəri Geri Kon devalvasiyanı iqtisadi stimullaşdırmanın ən sadə üsuluna çevrildiyini bildirib.
"Report"un analitikləri hesab edirlər ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Dövlət Neft Fondunun Çin yuanına investisiya qoymaq üçün uyğun zamanı gözləməlidir: "Bütün dünya mərkəzi banklarının öz rezervlərində ABŞ dollarının payını artırdıqları bir vaxtda digər valyutalarda aktivlərə investisiya qoymaq maliyyə çətinlikləri ilə üzləşmiş bir ölkə üçün israfçılıqdır".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51