Moskva, 2 aprel, AZƏRTAC
Rusiya Təhqiqat Komitəsi nümayəndəsinin məlumatına əsasən, ilkin fərziyyəyə görə, Oxot dənizində “Dalniy Vostok” gəmisinin batmasına səbəb hər hansı maneəyə ilə toqquşması olub. Nəticədə maşın bölməsində gəminin korpusu zədələnib.
Digər məlumatlara görə, gəminin qəzaya uğraması kapitan Aleksandr Pritotskinin səhvi üzündən baş verib. Belə ki, xilas olmuş gəmi heyətinin dediyinə görə, gəminin göyərtəsinə böyük balıq toru qaldırılıb. Yükün ağırlığından gəmi çevrilib.
Xatırladaq ki, aprelin 2-də gecə saatlarında Oxot dənizində böyük soyuducu “Dalnıy Vostok” gəmisi batıb. Gəmidə 132 nəfərin olduğu bildirilir. Onların 56 nəfəri sərnişin, 76 nəfəri heyət üzvüdür.
Qəzaya uğramış gəmidə azərbaycanlıların da olduğu ehtimal edilir. Məlumat ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən dəqiqləşdirilir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva