Suriyaya qanunsuz olaraq keçməyə çalışan 9 Böyük Britaniya vətəndaşı Terkiyə sərhədində saxlanılıb.

ANS PRESS-in xəbərinə görə, bu barədə Türkiyə təhlükəsizlik qüvvələrinin yaydığı bəyanatda məlumat verilib.

Bildirilib ki, britaniyalılar Suriya ilə sərhədin Türkiyə hissəsində- Hatay vilayətində saxlanılıblar. Həmin şəxslərin sərhədi keçməyə çalışmasının səbəbi İŞİD-ə qoşulmaq məqsədi daşıyıb.

Xatırladaq ki, "İslam Dövləti" və digər radikal qruplara minlərlə əcnəbi qoşulub. Onlar əsasın Türkiyə ərazisindən Suriya və İraqa keçirlər.
Mənbə
ANS PRESS