Bu barədə "Report"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, BŞİH-də Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və aprelin 5-də saat 15-00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Komleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şura bundan öncəki mitinqini martın 15-də keçirib.