[ 02 Aprel 2015 12:13 ]


Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH mitinqin aprelin 5-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

 

Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.