Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi sayəsində Azərbaycanda daşınmaz əmlakla əməliyyatların həcmi rekord həddə çatıb
Eyni zamanda digər səbəb xidmətlərin vətəndaşlar üçün əlverişliliyinin təmin olunması, daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşməsi və bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsidir.
Son illərdə əmlakın qeydiyyatı prosedurlarının sayı və buna sərf edilən müddətlər azaldılıb.
Paralel olaraq 2012-ci ildən etibarən tətbiqinə başlanan elektron xidmətlərin sayı indiyədək artmaqdadır. Bu xidmətlərin tətbiqi əmlakın qeydiyyatının faktiki olaraq avtomatlaşdırılmasına şərait yaradıb. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, son illər əhali arasında aparılan mütəmadi maarifləndirmə kampaniyaları və daşınmaz əmlakın qeydiyyatının faydalarının izah edilməsi öz məntiqi nəticələrini verib:
“Vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı artıb. Ölkə vətəndaşları qeydiyyatа alınmış əmlaka daha inamla yanaşmağa başlayıblar. Bu da əmlakın sənədləşdirilməsini və əmlakla əməliyyatların həcmini yüksəldib. 2014-cü ildə 205,2 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb ki, bu da indiyədək ölkədə qeydə alınmış ən yüksək göstəricidir. 2014-cü ildə daşınmaz əmlakla əməliyyatların həcmi 2013-cü ilə nisbətən 28 min ədəd və ya 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib”.
Ötən il mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 41,5 mini fərdi yaşayış və bağ evi, 56,3 mini mənzil, 98 mini torpaq sahəsi, 4,7 mini qeyri-yaşayış binası, təqribən 3,6 mini qeyri-yaşayış sahəsi, 1066-sı əmlak kompleksi, 56-sı çoxmərtəbəli yaşayış binası, 44-ü çoxillik əkmə olub. Ötən il 2013-cü ilə nisbətən torpaq sahələrinin qeydiyyatı 35%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 13%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı 19% artıb. Əmlak bazarında regionların payının artımı 2014-cü ildə də davam edib. 2014-cü ilin yekunlarına görə, əmlakın qeydiyyatında regionların payı 69%-ə çatıb. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51