Bakı, 2 aprel, AZƏRTAC
Türkiyə polisi Suriya sərhədini qanunsuz keçməyə cəhd edən doqquz britaniyalını həbs edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, britaniyalılar Türkiyə ərazisində Suriya ilə həmsərhəd Hatay əyalətində saxlanılıb.
Britaniyalıların Suriya ərazisinə keçmək istəməsinin məqsədi hələlik məlum deyil.
Saxlanılanlardan 2-nin qadın, 4-nün isə uşağın olduğunu bildirilir.