Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müdafiə nazirlərinin əvvəlcə üçtərəfli, sonra isə ikitərəfli formatda görüşləri nəzərdə tutulub.
Üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcəkdir.
Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilməsi və üçtərəfli görüşün yekunları barədə medianın məlumatlandırılması planlaşdırılır.