Ukraynanın ilhaq olunmuş Krım yarımadasında Krım tatarlarının dilində yayımlanan yeganə televiziya kanalı bağlanır.

ANS PRESS-in məlumatına görə, bunu ATR kanalının rəhbəri Lenur İslyamov jurnalistlərə deyib.

O bildirib ki, Rusiyanın media tənzimləyicisi Roskomnadzor ATR-in Rusiya qanunvericiliyinə uyğun qeydiyyatından imtina edib, xeyli texniki səbəb göstərib. Qeydiyyat üçün son tarix isə martın 31-də başa çatıb. Kanal Ukrayna lisenziyası ilə işləyirdi.

Onun sözlərinə görə, telekanalın Krımı tərk etmək, Ukraynanın başqa bir yerindən yayımlanmaq planı yoxdur. Yüzlərlə Krım tatarı ATR-in ofisinə gələrək bizə dəstək veriblər. Krımda tatarlar əhalinin 10 faizini təşkil edir.

Xatırladaq ki, "Amnesty International" təşkilatı tatar dilində yeganə kanalın bağlanmasını azad medianın susdurulması, Krımda tatar icmasının qorxudulması cəhdi kimi qiymətləndirib.
Mənbə
ANS PRESS