Bakı,1 aprel, AZƏRTAC
Aprelin 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun fortepiano sinfinin tələbələrinin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 95 illik yubileyinə həsr olunan simfonik konsertlərdən birincisidir.
Konsertin bədii rəhbəri və baş dirijoru professor Rauf Abdullayev, solistləri – beynəlxalq müsabiqələr laureatları, BMA-nın professor T.Seyidovun sinfinin tələbələri Anna Biryukova və Nigar Hüseynzadədir.
Gecənin proqramına Robert Şuman və Sergey Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertləri daxildir.