Bu gün Azərbaycana rəsmi səfəri planlaşdırılan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun bir neçə ay öncəki Bakı səfərinin fotoları yayılıb.

Qafqazinfo xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan səfərin görüntüləri İnstagram-da yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi 18 milyardlıq sərvəti olan Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Onu da əlavə edək ki, Hamdan ibn Muhammed əl Maktum Muhammed Bin Rəşidin ikinci oğludur. Belə ki, 2008-ci ildə şeyxin böyük oğlu Rəşid ibn Muhammed Dubay taxt-tacından imtina etdikdən sonra varislik hüququ avtomatik olaraq qardaşına keçmişdi.

Milli.Az