Dünyanın ən məşhur müğənnilərindən olan Rihanna yenə qatıldığı gecəyə damğa vurmağı bacarıb.

ANS PRESS-in məlumatına görə, Riri Los Ancelesdə keçirilən "iHeartRadio" Musiqi mükafatlarının təqdimatı səhnəsində yer alıb.

O, "Versace" markasına məxsus olan yaşıl kürk mantosu və dərin dekolteli donu ilə gecənin ən çox maraq doğuran siması olub. Məşhur ulduzun kürkündən əlavə uzunboğaz ayaqqabıları da yaşıl rəngdə olub. Başına isə parik taxıb.

Obrazını adıçəkilən brendin adı yazılan və hərflərdən hazırlanan iri boyunbağı ilə tamamlayıb.

Səhnə şousundan sonra o əynini belə dəyişmədən dostları ilə yeməyə gedib. Restorandan çıxan zaman müğənni Hollivud ulduzu Leonardo Di Kaprio ilə münasibəti barədə yayılan xəbərlərə aydınlıq gətirib. Barbadoslu müğənni işləri çox olduğu üçün sevgi münasibətlərinə vaxtı çatmadığını deyərək barəsindəki şayiələri təkzib edib.







Mənbə
ANS PRESS