Avropa Azərbaycanlıları Konqresi soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət edib
Berlin, 1 aprel, AZƏRTAC.
Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin Insan Hüquqlqrı Komitəsinin sədr müavini Kristian Dan Predaya bəyannamə ilə müraciət edib. Bəyannamədə 97 il bundan əvvəl - 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və 1998-ci ildən etibarən 31 mart təqvim tarixinin Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğu bildirilib.
Daha sonra bəyannamədə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və onların zaman-zaman kütləvi deportasiyası, eləcə də Qərbi Azərbaycan ərazilərində azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqların, tariхi mədəni abidələrin, məscidlərin, məktəb, хəstəхana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsi haqqında məlumat verilib. Həmçinin bildirilib ki, 1918-ci il mart soyqırımından 97 il keçməsinə baxmayaraq, bu bəşəri cinayətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb. Cəzasızlıq mühiti erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımları törətməyə ruhlandırıb və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutublar. Cəzasız qalan erməni millətçiləri Azərbaycan xalqına qarşı əsl müharibəyə başlayıb və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və daha 7 rayonunu işğal ediblər.
Bəyannamədə beynəlxalq terrorizmə qarşı mübarizəni qarşıya məqsəd qoyan dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb olunub və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırılıb.
Mətbuata açıqlamanın sonunda dünya ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülh və əmin-amanlığın bərqərar olunması üçün bütün imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəyinə ümid edildiyi vurğulanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51