“Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” adlı sorğu keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ünvanlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər. Nəticədən göründüyü kimi son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Xüsusən də ötən ilin iyul ayının 1-dən etibarən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mövcud əmək münasibətlərinə birbaşa və çevik, obyektiv nəzarət imkanlarına malik olmasını təmin etməklə, əhalinin bu quruma inam və etimadının xeyli artmasına səbəb olub.
Sorğuda iştirak edənlərin 16 faizi isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir.
Qeyd edək ki, vətəndaşlar əmək hüquqlarının təminatı məsələləri ilə bağlı ƏƏSMN-ə, nazirlik yanında DƏMX-ə, yaxud xidmətin müvafiq bölgə üzrə zona Dövlət Əmək Müfəttişliyinə yazılı və şifahi formada müraciət edə bilərlər. Eyni zamanda, son bir ildə vətəndaşların ƏƏSMN-ə müraciət imkanlarının genişləndirilməsi məqsədilə aparılan məqsədyönlü işlərdən biri kimi nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun şəkildə xeyli təkmilləşdirilib. Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlər kimi, əmək qanunvericiliyinə dair məsələlər üzrə, o cümlədən əmək hüquqlarının pozulması barədə də 142-“Çağrı mərkəzi”nə zəng vuraraq, 4 düyməsini basmaqla birbaşa müraciət etmək imkanlarına malikdirlər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51