Rusiya prezidenti Vladimir Putin Qərbin Mosvkaya qarşı sanksiyaları və ölkəsindən yaşanan iqtisadi çətinliklər fonunda ölkəsində hakimiyyətinin 15-ci ildönümünü qeyd edir. İctimai sorğular ötən il Kremlin Krımı Ukraynadan ilhaq etməsindən sonra Putinin reytinqinin ölkəsində pik həddə çatdığını göstərir. Rusiya mediasında keçmiş Rusiya imperiyası dövrü torpaqlarının qaytarılması kimi qələmə verilən proses hal-hazırda da, Rusiya liderinin xalq arasındakı nüfuzunu yüksəkdə saxlayır. Buna baxmayaraq, bir vaxtlar Putinin silahdaşları olmuş, bir sıra tanınmış siyasətçilər onun siyasi kursuna sual altına alaraq, “aqressiv hesab etdikləri xarici siyasətinin” Rusiya üçün ağır iqtisadi fəsadlar törədəcəyini hesab edir.

2000-2001-ci illərdə Rusiyanın maliyyə naziri olmuş Aleksey Kudrin, Ukrayna böhranının nəticələrinin həmçinin ilhaq olunmuş Krım yarımadasının birbaşa olaraq Rusiya höküməti tərəfindən maliyyələşdirilməsinin qarşıdakı 3-4 il ərzində ölkə büdcəsinə 150-200 milyard dollar bahasına başa gələ biləcəyini deyir. Bu məbləğ Rusiyanın xarici valyutada olan ehtiyatlarının təxminən yarısına bərabərdir.

“3 faizlik populyarlığı olan şəxs dövlət kanalları və dövlətin dəstəyi olan media stukrturlarının köməyilə qısa müddət ərzində 50-60 faizlik nüfuz əldə edə bilər. Hər hansı başqa potensial rəqib, daha yaxşı və effektiv siyasi lider ona görə görmürük ki, belələri ümumiyyətlə dövlət kanallarına buraxılmır, onların efirdə çıxışına məhdudiyyətlər qoyulub.”

Rusiya iqtisadiyyatının bu il 3-6 faiz arası geriliyəcəyi proqnozlaşdırılır. Bu, Putinin 26 mart 2000-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bəri ən pis iqtisadi göstəricidir. Putinin 3-cü prezidentlik müddəti 2018-ci ildə qurtarsa da, Rusiyalı lider hələ ki, 4-cü müddətə namizədliyini irəli-sürüb-sürməyəcəyini təsdiq etməyib.

Mənbə
Associated Press